İsveçin Helsinqborq şəhərində “Uğursuzluqlar muzeyi” açılacaq.
Təhsil-press.az-ın məlumatına görə, iyunun 7-i işə düşəcək muzeydə müxtəlif şirkətlərin istehlakçılar arasında populyarlıq qazanmayan məhsulları nümayiş etdiriləcək.
Eksponatlardan biri “Twitter Peek” qadceti olacaq. Bu avadanlıq "Twitter" mikrobloqlarını daha rahat oxumaq üçün yaradılsa da, smartfonlarla rəqabətə tab gətirə bilməyib.
“BIG” qələm istehsalı şirkətinin qadınlar üçün xüsusi olaraq istehsal etdiyi qələmlər də uğursuz əşyalar arasında yer alıb.
Bundan başqa, muzeydə “Harley Davidson”un istehlakçıların marağına səbəb olmamış ətirləri də sərgilənəcək.
Təhsil-press.az