“Azərsun Holdiq” manatın dollara qarşı möhkəmlənməsini nəzərə alaraq şəkər tozu, günəbaxan və qarğıdalı yağlarının qiymətini aşağı salıb.
Şirkətdən Təhsil-press.az-a verilən məlumata görə, ümumilikdə ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarğıdalı yağına isə 250 manat endirim edilib.
Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşüb. Məlumatda bildirilir ki, manatın dollara qarşı sabitləşməsi ilə digər məhsulların da qiymətinin aşağı salınması həyata keçiriləcək.
Təhsil-press.az