Türkiyədən Azərbaycana gələn turistlərin sayı artır, amma bu say yenə də azdır.
Bunu Təhsil-press.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi deyib.
Müşavirin sözlərinə görə, fərdi olaraq, internet üzərindən turların sifariş edilməsi çoxalıb. Amma ümumilikdə turların sayı yetərli qədər deyil.
İ.Çiftçinin sözlərinə görə, Türkiyədən Azərbaycana gələn turistlərin səfərlərinin məqsədi daha çox Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, təbiəti ilə bağlı məlumatlar almaqdır.
Müşavir əlavə edib ki, Azərbaycana gələn türkiyəli turistlər səfər üçün daha çox Bakını seçirlər:
"Amma son illərdə Şəkiyə, Gəncəyə, Şamaxıya, İsmayıllıya (Lahıça), Lənkərana olan maraq artıb. Son 2-3 il ərzində bölgələrə də maraq var. Xüsusilə, Şəki 2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyi üçün daha çox tanındı. Bu cür məsələlərin də turizmin təbliğində çox böyük əhəmiyyəti var".
Müşavir hesab edir ki, Azərbaycanın Türkiyədə özünün turizm potensialını daha çox tanıtmasına ehtiyac var:
"İnsanlar maraqlanırlar ki, Azərbaycana gəldikdə harada qalacaqlar, necə istirahət edəcəklər. Buna görə də turistlər üçün bu istiqamətlər üzrə təbliğat işləri aparmaq lazımdır. Digər tərəfdən, türkiyəli turistlər Azərbaycan haqqında yetərincə məlumatlı deyillər. Əgər məlumatlandırma işləri daha çox təşkil olunarsa, Türkiyədən Avropaya gedən turistlərin bir qismi Azərbaycana da gələ bilər".
İ.Çiftçi qeyd edib ki, Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasına aviabiletlərin qiymətlərinin uçuzlaşması da təsir göstərə bilər:
"Həm "Türk Hava Yolları", həm də "AZAL"ın Azərbaycan və Türkiyə arasındakı aviabiletlərinin qiymətləri çox bahadır. Bu gün Türkiyədən insanlar 250 dollara ABŞ-a gedirlər. Amma Azərbaycana gediş və gəliş hələ də çox bahadır. Bu qiymətlərin normal olması Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasında çox əhəmiyyətli dərəcədə rol oynaya bilər".
Təhsil-press.az