Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib.
Təhsil-press.az-ın məlumatına görə, Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək.
“Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik”,-deyə Dövlət Departameni bəyan edib.
Xatırladaq ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
Təhsil-press.az