ATU tələbələri fastfood-un ziyanlarını açıqladılar

ATU tələbələri fastfood-un ziyanlarını açıqladılar Azərbaycan Tibb Universitetinin tələbələri "Gənc Həmkarlar İttifaqı lideri məktəbi" kompleks proqramı çərçivəsində keçirilən müsabiqə üçün sosial çarx hazırlayıblar. "Sağlamlıq - Sağlam Həyat Tərzi" mövzusunda hazırlanan bu video gənclərin sağlam həyat tərzinə həsr olunub.
10 dəqiqə davam edən video-çarx maraqlı formatda hazırlanıb. Burada "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub. Videoda gənclərin qida seçimi, fiziki məşğuliyyətləri, gündəlik davranışlarında yol verdikləri səhvlər açıq-aşkar göstərilib, tələbələr qınağa çəkilib. Burada fast-food ziyanları, az hərəkət etməyin fəsadları və digər məqamlar haqqında məlumat verilib.
ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin bu layihəsi komitənin sədri Elşad Novruzovun birbaşa iştirakı və dəstəyi ilə baş tutub. Çarxın yaradıcı heyəti ATU tələbələrindən ibarətdir. Layihə müəllifləri Malik Şükürlü və Nuran Sadəddinli, rolların ifaçıları isə Orxan Aslanlı, Əvəz Zeynallı, Nigar Əhmədova, Nuran Sadəddinli, Dursun Həsənov və Füzuli Namazov olublar.

ATU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər