Bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Təhsil-press.az-a verilən məlumata görə, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir.
Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb. Onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib. Onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.
Təhsil-press.az