Tələbələrlə maarifləndirici görüşlər

Tələbələrlə maarifləndirici görüşlər Ali təhsil müəssisələrində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Təhsil, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak edib.
Noyabrın 21-dən start verilən maarifləndirmə tədbirləri Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində təşkil edilib.
Seminarlarda narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışılıb, narkomanlığa qarşı keçirilən tədbirlərdən bəhs edilib.
Sonda toplantıda iştirak edən tələbələrə zəruri təbliğat materialları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasına müvafiq olaraq keçirilib.

Tələbələrlə maarifləndirici görüşlərTələbələrlə maarifləndirici görüşlərTələbələrlə maarifləndirici görüşlərTələbələrlə maarifləndirici görüşlərTələbələrlə maarifləndirici görüşlər

Oxşar xəbərlər