"Lavrovun fotoqrafı " Ağ Evdə beynəlxalq qalmaqala səbəb oldu

ABŞ-da Donald Trampın Serqey Lavrovla görüşündə Rusiya fotoqrafının iştirakı ilə bağlı söz-söhbət getdikcə böyüyür.

Təhsil-press.az CNN-ə istinadən bildirir ki, Ağ Ev danışıqların keçirildiyi kabinetdən şəkillərin dərcinə görə Rusiyanı qarşılıqlı razılaşmaya sədaqətsizlikdə ittiham edib.
Xəbərə görə, Vaşinqtonda gözləmirlərmiş ki, Xarici İşlər Nazirliyi Rusiya agentliyi TASS-a Trampın və Lavrovun görüşünün şəkillərini dərc etməyə icazə verəcək.
"Ruslarla problem bundadır - onlar yalan danışırlar”, - Ağ Evdə şəkillərin dərcini belə şərh ediblər.
Fotomüxbiri görüşdə iştirak etmiş TASS-dan başqa, şəkilləri öz ingilisdilli Twitter-ində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi də yayıb.
Amerika jurnalistləri, xüsusən də ABC telekanalı, hiddətləniblər ki, görüşdə yalnız Rusiya KİV-inin iştirakına icazə verilib. Ağ Evdən buna cavab olaraq bildiriblər ki, heç vaxt prezidentin daha aşağı səviyyəli xarici məmurlarla görüşünün şəkillərini dərc etmirlər.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, TASS-ın əməkdaşı Lavrovun şəxsi fotoqrafı funksiyasını yerinə yetirib və guya bu, görüş ərəfəsində müzakirə vaxtı Amerika tərəfi ilə razılaşdırılıbmış.

Təhsil-press.az

Oxşar xəbərlər