ADU-da “Duanu” ənənəvi bayramı qeyd edilib

ADU-da “Duanu” ənənəvi bayramı qeyd edilib Mayın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda qədim Çin vətənpərvər şairi Tsyuy Yuanın xatirəsinə həsr olunmuş “Duanu” ənənəvi bayramı keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığın səmərəli inkişafı haqqında danışaraq, Azərbaycanın klassik və müasir poeziyası ilə Çin oxucusunun tanışlığının əhəmiyyətini vurğulayıb. O, narahatçılıq, düşüncə, fəlsəfi ümumiləşdirmələr, bədii ulduz simvolları, ilin fəsilləri, sular, güllər, ənənəvi dəyərlərin qiymətləndirilməsi, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyasının nadir mənəvi dünyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “ Yay” şeirini Çin dilində oxuyub.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva “Duanu” festivalı günündə keçirilən bayramın yaranması tarixi və ənənələrindən danışıb, Çin klassik poeziyasının əsas ənənəvi növləri olan Şı, Si, Qe, Syui, Fu haqqında məlumat verib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arif və digər tanınmış yazıçılarımızın bədii yaradıcılığında yer alan Çin mövzusuna toxunub, əsərlərindən parçalar səsləndirib.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvləri Vahid Əlioğlunun və Könül Əfqanqızının vətənpərvərlik mövzusunda şerləri səsləndirilib.
Sonda Xan və Tan sülaləsinin dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Duanu” ənənəvi bayramı qeyd edilib

ADU-da “Duanu” ənənəvi bayramı qeyd edilib

Oxşar xəbərlər