"Yeni Fikir 2017" startap müsabiqəsinin final və mükafatlandırma mərasimləri keçiriləcək

Bakı Mühəndislik Universiteti Texnoparkının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, o cümlədən dövlət və özəl sektorun digər maraqlı tərəflərinin tərəfdaşlığı ilə keçirilən "Yeni Fikir 2017" startap müsabiqəsinə (YFM) bu ilin mart ayında start verilib. (Bütün tərəfdaşlar: http://yenifikir.az/az/pages/Terefdashlar-61.html)
"Yeni Fikir " startap müsabiqəsi intellektual kapitalın və innovativ sahibkarlığın, o cümlədən təşəbbüskarlığın inkişafı etdirilməsi məqsədi ilə təşkil edilir.
"Yeni Fikir 2017" startap müsabiqəsində 148 startap layihəsi iştirak edib ki, onlardan 35-i yarımfinala vəsiqə qazanıb. May ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında (AMEA YTP) keçirilən yarımfinal mərhələdə 35 layihədən 11-i finala vəsiqə qazandı. Yuxarıda qeyd olunduğu kimi, iyunun 9-da isə , müsabiqənin final mərhələsi (saat 10:00-12:40) keçiriləcək. Finalın nəticələrinə görə 5 layihə qalib seçiləcək ki, həmin qaliblərə - 1-ci yerə AMEA YTP tərəfindən 10000 manat, 2-ci yerə "Azedunet MMC" şirkəti tərəfindən 5000 manat, 3-cü yerə "Enginet MMC" şirkəti tərəfindən 2500 manat pul mükafatları veriləcək. Bundan başqa, qaliblərə Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş avia bilet və digər mükafatlar veriləcək. (Bütün mükafatlar haqqında: http://yenifikir.az/az/pages/Mukafatlar-26.html)
"Yeni Fikir 2017" startap müsabiqəsinin final (saat 10:00-12:40) və mükafatlandırma (saat 15:00-16:30) mərasimləri 2017-ci il iyunun 9-da Bakı Mühəndislik Universitetində keçiriləcək. (Ətraflı: http://yenifikir.az/az/pages/FiNAL-2017-56.html)
Xatırladaq ki, 2013-cü ildən etibarən ildə bir dəfə keçirilən "Yeni Fikir " startap müsabiqəsidə öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edir. Hazırda 5-ci dəfə keçirilən "Yeni Fikir " startap müsabiqəsinə cəmi 842 layihə cəlb edilmişdir. Müsabiqədə qalib gələn layihələrin inkişafı ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.
"Yeni Fikir 2017" startap müsabiqəsi ilə əlaqədər məsul şəxs: Dos. İsa Qasımov /"Yeni Fikir 2017" startap müsabiqəsi layihəsinin rəhbəri/
Telefon: +994 12 3499966-67 (daxili 3204) Mobil: +994 (55) 768 02 45 E-poçt: [email protected]

BMU-nun Mətbuat Xidməti


"Yeni Fikir 2017" startap müsabiqəsinin final və mükafatlandırma mərasimləri keçiriləcək

"Yeni Fikir 2017" startap müsabiqəsinin final və mükafatlandırma mərasimləri keçiriləcək

Oxşar xəbərlər