ABŞ Konqresində “Azərbaycan və Gürcüstanda qadınların rolu” mövzusunda tədbir keçirilib

ABŞ Konqresində “Azərbaycan və Gürcüstanda qadınların rolu” mövzusunda tədbir keçirilib 14 iyun 2017-ci il tarixində ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə “Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu” mövzusunda xüsusi tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu təşəbbüs ötən ilin sentyabr ayında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş qadın sahibkarlar, o cümlədən “Browne & Associates, Inc.” şirkətinin baş icraçı direktoru və ABŞ-ın Milli Tibb Assosasiyasının prezidenti Doris Braun, “C.L. Russell Group” şirkətinin rəhbəri Koni Rasel tərəfindən irəli sürülmüş, ABŞ ticarət nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənib. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə ediblər.
Tədbirin açılışında “C.L. Russell Group” şirkətinin baş icraçı direktoru Koni Rasel qonaqları salamlayaraq, onun əhəmiyyətindən danışmış və 2016-cı ilin sentyabr ayında Azərbaycan və Gürcüstana səfəri barədə xoş təəssüratlarını bölüşüb. O, ölkəmizdəki qonaqpərvərlikdən və turizm imkanlarından heyran qaldığını, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. K.Rasel cəmiyyətin inkişafında qadınların rolundan bəhs edərək, mütəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan və Gürcüstanda bu sahəyə böyük diqqət yetirildiyinin şahidi olduğunu və hər iki ölkə tərəfindən uğurlu siyasətin həyata keçirildiyini söyləyib.
Tədbirə əsas qonaq qismində dəvət olunmuş ABŞ ticarət nazirinin köməkçisinin birinci müavini Holi Vineyard ABŞ-ın qadın sahibkarlığının inkişaf etdirilməsi sahəsində təcrübəsindən danışaraq, qadınların iqtisadi fəallığının genişləndirilməsi və səlahiyyətlərinin artırılmasının ölkəsi, o cümlədən hazırkı Administrasiya üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Azərbaycan və Gürcüstana təşkil edilmiş ticarət missiyalarının ABŞ şirkətlərinin regionla iş birliyinin qurulmasında və qarşılıqlı ticarət əlaqələrinin inkişafında vacib rol oynadığını qeyd edib.
Daha sonra səfir Elin Süleymanov tədbirdə çıxış edərək, ilk dəfə olaraq müsəlman Şərqində qadınlara seçkilərdə iştirak və seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin tarixi nailiyyət hesab olunduğunu, bugün də qadın siyasətinin müstəqil Azərbaycan dövlətinin əsas priopriet sahələrindən olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda qadınların ictimai-siyasi fəallığının ildən-ilə daha da artdığını, dövlət qulluğunda çalışanlar və sahibkarlar arasında qadınların xüsusi çəkisinin yüksəldiyini, eləcə də onların ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrin inkişafında müstəsna rol oynadıqlarını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımızın əməyini yüksək qiymətləndirdiyini deyən səfir bu gün bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini qeyd etmişdir. Bildirilmişdir ki, həmin siyasətin nəticəsi olaraq, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi bunun ən bariz nümunəsidir. Azərbaycanda bir neçə qlobal tədbirin, o cümlədən 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə Birinci Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz xanım Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olub. Peşəkar, bilikli, təcrübəli, prinsipial və çox xeyirxah insan kimi onun ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki ölkə, hətta dünya qadınları və xüsusən müsəlman cəmiyyəti üçün nümunə və örnəkdir.
Səfir Süleymanov eyni zamanda çıxışında ABŞ Konqresinin üzvü Stiv Skaliz və digər işçilərinə qarşı bu gün törədilmiş silahlı hücum ilə bağlı başsağlığı ifadə etmiş, bu hadisə nəticəsində yaranmış vəziyyətə baxmayaraq, ABŞ-ın hökumət rəsmiləri və Konqres üzvlərinin köməkçilərinin tədbirdə iştirakını böyük göstərici kimi qiymətləndirib. O, həmçinin tədbirdə Azərbaycan və Gürcüstan arasında yaranmış və get-gedə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açaraq, ABŞ-da mütəmadi olaraq, bu kimi tədbirlərin birgə təşkilinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər, o cümlədən Gürcüstanın ABŞ-dakı səfirinin müavini Qeorqi Tsikolia, USACC-nin icraçı direktoru Süsən Sadıqova və Orta Şərq İnstitutunun maliyyə direktoru Tamara Kalandiya Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan söhbət açmış, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində aparılmış islahat və əldə edilmiş nailiyyətlərdən məlumat veriblər. Bununla yanaşı, Q.Tsikolia Gürcüstan ilə Azərbacyan arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışmış, eləcə də tədbirin hər iki ölkədə qadınların cəmiyyətdəki rolu barədə ABŞ ictimaiyyətinin məlumatlandırılması üçün yaxşı imkan olduğunu qeyd edib.

Təhsil-press.az

Oxşar xəbərlər