“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib

“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist Azad Şükürov, Dram rejissoru kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Məleykə Məmmədova, Əməkdar artist, xanəndə Teyyub Aslanov və tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram münasibətilə qadınları təbrik edib və cəbhə bölgəsində yaşayan tərtərli qadınların rayonun ictimai-siyasi və mədəni həyatında, inkişafında daim fəal iştirak etdiyini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlət müstəqilliyinin qazanılmasında və möhkəmlənməsində qadınların rolundan bəhs edib, rayonun mədəni həyatında fəal iştirak edən qadınlara diplomlar və bayram hədiyyələri təqdim olunub.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə bədii proqramla davam edib.

ADMİU-nun Mətbuat Xidməti


“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib

Oxşar xəbərlər