Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti 1929-cu ildə müstəqil ali məktəb kimi formalaşdığı dövründə bu ali tədris ocağına dövlət xadimi Dadaş Bünyadzadə rəhbərlik etmişdir.
1918-ci il mayın 28-də Tiflisdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin yeni hökuməti paytaxt Gəncəyə köçən günü – iyunun 17-də ilk yığıncağını hazırkı Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elm və təhsil muzeyi”nin yerləşdiyi binada keçirmişdir. ADR-in yarandığı ilk illərdə ölkənin kəskin tələbatı nəzərə alınaraq Azərbaycandan 100 nəfər istedadlı gənc dövlət hesabına xarici ölkələrə – Rusiya, Türkiyə, Almaniya, İtaliya, Fransa və digər ölkələrə təhsil almağa göndərilmişdir. Onların arasında aqrar təhsil alan Əhməd Rəcəbli və Hüseyn Nağıyev kimi gənclər də var idi ki, sonralar hərəsi bir sahədə məşhur alim kimi tanınmışdı. ADAU-nun tarixində özünəməxsus yeri olan pedaqoqlardan biri də Bəhram Abdinov olub. Respublikanın Əməkdar aqronomu olan bu məşhur ziyalı Moskvada Petrovski- Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında oxuduqdan sonra Almaniyanın Bonn şəhərində Kənd Təsərrüfatı Akademiyasını bitrmişdir. Bu alimlər sonralar Azərbaycanın müxtəlif aii məktəblərində, o cümlədən, ADAU-da pedaqoq kimi çalışmışdır.
Bununla yanaşı, sonralar dünya şöhrətli akademiklər Yusif Məmmədəliyev, Çingiz Cuvarlı və Əlisöhbət Sumbatzadə bu akademiyada çalışmış, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər.
İnstitut 1980-ci ildə "Şərəf Nişanı" ordeninə layiq görülüb.
17 iyıın 1991-ci il tarixində institut Akademiya statusu almışdır.
Bu gün universitetin zəngin maddi-texniki bazası, muzeyi, əsaslı kitabxanası, redaksiya – nəşriyyat şöbəsi, mətbəəsi, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, təmir emalatxanası, tədris-təcrübə tarlası və s. vardır.
Universitetin aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrində aşağıdakt ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
Torpaqşünaslıq və aqrokimya, aqronomluq, qida məhsullarının texnologiyası, meşə və meşə ehtiyatlarının bərpası, yerquruluşu və torpaq kadastrı, memarlıq, ekologiya və təbiətdən istifadə, zootexniklik, baytarlıq, əmtəəşünaslıq, aqrar mühəndislik, energetika və enerji maşınqayırması, yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, maşınqayırma və material emalı, standartlaşdırma və sertifikasiya, ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, inzibati idarəetmə, informasiya sistemləri, dünya iqtisadiyyatı. 2005-ci ildən universitetdə alman proqramı ilə "aqrar menecment" ixtisası üzrə bakalavr təhsil pilləsində mütəxəssis hazırlanır.
Yarandığı gündən bu vaxtadək akademiyada 60 minə yaxın yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdır.
Akademiyanın məzunları arasında görkəmli alimlər, dövlət və ictimai xadimlər, parlament deputatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vardır. Akademiyanın ABŞ, Fransa, Almaniya, İslandiya, Türkiyə, İran, Niderland, İspaniya və MDB ölkələrinin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələri vardır. 2001-ci ilin aprel ayında tədris prosesində aparılan islahatlara, Avropa Şurasının tələblərinə uyğun təhsil proqramlarına və planlarına və digər yüksək göstəricilərə görə AKTA Fransa Respublikasının ən qədim tarixli (200 il) Sənayeyə Yardım Assosiasiyasının "Qızıl medalı" ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli 53 saylı qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılmışdır.
2013-cü ildən bu təhsil ocağına Azərbaycan MEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik edir.

Azərbaycan Dövlət Aqrar Universiteti

İmtahan sessiyası...


Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində yaz-yay imtahan sessiyası demək olar ki, başa çatmaq üzrədir. Onu da xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yaz imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur.
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi çox ciddi həm də taleyüklü məsələdir.
İmtahan sessiyası dövründə ali təhsil ocağına baş çəkmək, imtahanlara hazırlıq aparılması prosesi ilə yaxından tanış olmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən yaz imtahan sessiyası ilə bağlı yazı hazırlamaq qərarına gəldik. Ölkəmizin ikinci ən böyük şəhəri olan Nizami yurdu Gəncədəyəm. Gəncə necə də dəyişib. Sanki şəhər yenidən gəncləşır, gözəlləşır. Var olsun quran, yaradan əllər. Vaxtilə AZXİ kimi tanıdığımız, sonra Kənd Təsərrüfat Akademiyası, daha sonra isə Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılan təhsil ocağındayam. Tam səmimi etiraf edim ki, bu təhsil ocağı haqqında elə də yüksək fikirdə olmamışdım. Çünki hələ orta məktəbdə oxuduğum illərdə kəndimizdən ali təhsil almaq məqsədilə AZXİ-yə elə də daxil olanlara yaxşı baxmırdılar. Niyə. Bax, niyəsini bilmirəm. Nə isə...
Bizi təhsil ocağının mətbuat katibi Qabil Rəhimli qarşıladı. Tədris işlər üzrə prorektor dosent Anar Hətəmovun tapşırığına əsasən bizim imtahan sessiyada iştirakımızı təmin etdi, imtahan gedən auditoriyaya apardı və bizə imtahan sessiyasının gedişini, təşkili və keçirilməsi barədə ətraflı məlumat verdi; imtahanlar üç istiqamətdə, testlə, yazılı və şifahi şəkildə aparılır, - dedi.
Hər üç şəraitdə keçirilən imtahan sessiyası müşahidə edirik. Hər şey sanki zərgər dəqiqliyi ilə nəzərə alınıb. İmtahan gedən zalların hər birində bütün şərait yaradılıb, nəzarətçi müəllimlər isə bütün qaydalara uyğun öz işlərini icra edirlər. Elə bir neqativ hala, qeyri-qanuni hərəkətə yol verilmir.
Burda hər şey, bütün üstünlüklər tələbələrə verilib, imtahan həyəcanını tələbə yox, sanki müəllim yaşayırdı.

Azərbaycan Dövlət Aqrar Universiteti

Universitetin rektoru, professor İbrahim Cəfərovla imtahan prosesi gedən zalda görüşürük. Çox səmimidir. O, üzünü bizə tutub, - yaxşı vaxtında gəlmisiniz, buyurun! Hər şeyi olduğu kimi yazın, obyektivliyi isə unutmayın, - dedi. Korpuslarla tanış oluruq, tələbə yataqxanasına, yeməkxanasına baş çəkirik! Bu anda ürəyimdən belə bir fikir keçir; belə bir şəraitdə oxumamaq, vallah, ən azından günahdır!
Hər bir fakültəsi sanki bir universiteti xatırladan Aqrar Universitetdə yaradılan şərait deyərdim çox ali təhsil müəssisələrində yoxdur. Bu gün ölkə başçısı cənab İlham Əliyev aqrar sahəyə, kənd təsərrüfatının inkişafına mühüm önəm verir. Ancaq bu təsərrüfatda çalışacaq mütəxəssislər isə məhz burada, bu təhsil ocağında Azərbaycan Dövlət Aqrar Universiteti yetişirlər.
Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun bu sahədə əməyini qiymətləndirməsək günah olardı. Ölkəyə gətirilən k/t texnikanın ilki Azərbaycan Dövlət Aqrar Universitetinə bağışlanılır. Axı, tələbə nəzəriyyəni bilməklə yanaşı, real həyatda onu görməli və öyrənməlidir. Bütün bu zəruri amillər burada nəzərə alınır.
Yüksək maddi-texniki bazaya malik olan universitetin demək olar ki, hər bir korpusunda müasir tələblərə cavab verən idman zalı, laboratoriya, böyük və kiçik akt zalı, zəngin elektron kitabxanası və eyni zamanda fənn kabinələri fəaliyyət göstərir.
Obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasında seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyır. Yazılı imtahanda iştirak edən tələbələrin işləri koordinator otağında şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə zamanı müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir.
Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. İmtahanların gedişində yarana biləcək mənfı halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasmı təmin etmək məqsədilə hər cür şərait yaradılıb.
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Universitetdə təhsil alan hər kəs bu gün yaxşı dərk edir ki, savadlı mütəxəssisin yeri və mövqeyi həmişə görünür və cəmiyyət öz gələcəyini məhz belə kadrlara etibar edir, bilikli kadr sayəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik vətəndaş formalaşır. İmtahanlarda əldə etdikləri göstəricilərlə tələbələr bütün bu adın şərəfini qorumağa səy göstərirlər. Bütün bunlar bir daha onu sübut edir ki, universitet rəhbərliyi həmişə olduğu kimi öz ədalətliyini və obyektivliyini qoyurub saxlayır. Bütün kollektiv də yaxşı anlayır ki, bütün bunlar məhz gələcəyimiz olan gənc nəslin bir vətənpərvər kimi, savadlı kadr kimi yetişməsinə hesablanmışdır.
Universitetin yüksək standartlara cavab verən tələbə yataqxanası. Buradakı səliqə-səhman, tələbələrin rahatçılığı üçün yaradılan şərait hər mərtəbədəki oxu zalı, kitabxana göz oxşayır. Tələbə yeməkxanası tələbələrin “cibinə” tam cavab verən şəraitdə fəaliyyət göstərir.

Azərbaycan Dövlət Aqrar Universiteti

Rektor


Uzun illərdir mətbuatdayam. Təhsilimizdən, mədəniyyətimizdən yazmağı özümə bir vətəndaşlıq borcu bilirəm. Axı, təhsil xalqımıza, millətimizə, gələcəyimizə lazımdır. O millətin ki, təhsili yoxdur, o millətin gələcəyi də yoxdur. Hər şey təhsildə qazanılır, elmdə, insanlıqda, gələcəkdə... Ulu öndərimiz Heydər Əliyevin belə bir sözü var: “Təhsil millətin gələcəyidir!
Azərbaycan Dövlət Aqrar Universitetin başlıca məqsədi cəmiyyətimizdə və beynəlxalq miqyasda rəqabət apara bilən yüksək bilikli və bacarıqlı professonal və milli-mənəvi dəyərlərimizə sadiq mütəxəssis hazırlamaqdır. Burada tələbə-müəlliın münasibəti tamam fəqlidir. Universitetdə elə mühit yaradılıb ki, tələbə müəllimə doğması kimi istədiyi vaxt ürək sözünü deyə bilər.
Belə bir deyim var insanın dəyəri onun başqalarının qiymətləndirdiyi qədərdi. Qədər isə elə bir ölçü vahididir ki, onu müəyyənləşdirib nəticə çıxarmaq hər kəsə müyəssər olmur. Gərək onun üçün özünün də bir qədər dəyərinin nə olduğunu biləsən. Uzun illərin təcrübəsindən süzülüb gələn və bizlərə miras qalan bir tarixi həqiqət var. El gözü tərəzidir, deyiblər. Elin qədrini bilənlər heç vaxt el yaddaşından silinə bilməz.
Hörmət, izzət, məhəbbət, sevgi. Doğrudur, bunları qazanmaq illərin, qərinələrin məhsuludur. Və heç də nə sevgi, nə də nifrət qəlblərdə bir günə, beş günə yaranmır, nə də onlar hansısa sifarişlə qazanılmır.
O valideyn xoşbəxtdir ki, onun övladı Azərbaycan Dövlət Aqrar Universitetində oxuyur, çünki o universitetə İbrahim Cəfərov kimi tələbəsini valideyn qayğısı ilə sevən rektor rəhbərlik edir. Mən deyərdim ki, İbrahim müəllim bütün tələbələrin adını bilir, kimliyini tanıyır. Bunu möcüzə adlandırmaq olar...
Çox rəhbərlər, rektorlar görmüşük, tanımışıq. Belə birisini isə xəyallarda axtarmaq olar. Tələbələrinə sanki valideyn sevgisi, ata məhəbbəti bəsləyən, tələbələrinə doğmalarından doğma olan bir şəxs.
Eşitmişik, xatirələrdə oxumuşuq Səməd Vurğunu, Uzeyir Hacıbəyovu, Firudin bəy Köçərlini, Mir Cəlal Paşayevi, Şərafət Mehdiyevi və başqaları haqqında. Ancaq mən İbrahim müəllim haqqında xatirə oxumadan, bunun canlı şahidi oldum, tələbə - müəllim sevgisinin nə olduğunu gördüm. Bunları – gördüklərimi isə yazmasam, deməsəm bunu özümə ən böyük qəbahət hesab edərdim... Bütün bunları nəyinsə, kiminsə xatirinə yox, həqiqət naminə yazıram!
Universitetin foyesində vaxtı ilə bu təhsil ocağına rəhbərlik etmiş şəxslərin, rektorların şəkilləri və işlədikləri dövrün tarixi əks olunub. Söz yox o şəkillərin sırasında vaxt gələcək İbrahim Cəfərovun da adı və rəhbər olduğu tarix yazılacaq. Ancaq düşünürəm ki, İbrahim müəllimin adı həm də Üzeyirlərin, Səməd Vurğunların, Mir Cəlalların sırasında yazılacaq. Mən buna əminəm.
Belə bir deyim var yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Biz eşitmişik-gördükdə gördüklərimizi az da olsa çatdırmağa çalışdıq. Əziz abituriyentlər, siz də Vətənə layiq vətəndaş kimi, həyata mükəmməl mütəxəssis kimi yetişmək istəyirsinizsə, Azərbaycan Dövlət Aqrar Universitetini seçin. Heç vaxt yanılmazsınız. Burada yaradılan şərait, ab-hava yüksək bilik və təcrübəyə malik miiəllim heyəti, tələbələrə qarşı olan isti münasibəti sizə bir daha yanılmadığmızı sübut edəcəkdi. Burada yaradılan bütün şərait doğmalıq isə böyük zəhmət hesabına əldə olunur. Heç də elə-belə göydən düşmə olmayıb.
Elmlər Akademiyasının müxbir üzvü, professor, rektor İbrahim Cəfərovun böyük səyi, zəhməti hesabına bütün bunlar yaradılıb.

Əkbər Hüseynzadə


Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Oxşar xəbərlər