İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2016-2017-ci tədris ilinin məzunları ilə görüş olub.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan nailiyyətlərdən bəhs edib.
Bildirilib ki, bu il DİA-nı 381 tələbə bitirir. Onlardan 285-i bakalavriat, 96-sı isə magistr pilləsində təhsil alıb.
Digər çıxış edənlər də məzunları təbrik edib, onlara xoş arzularını bildiriblər.

DİA-nın Mətbuat Xidməti