Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Heydər Əliyev Məktəbinin Lektoriyasında ADPU elmi şurasının iclası olub.
İclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetdə təhsilin inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor, eyni zamanda, iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2016/2017-ci tədris ilinin payız semestri imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, ADPU-da tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verilir.
İmtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınması, yol verilən nöqsanların vaxtında aradan qaldırılması, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin operativ araşdırılması və vətəndaşların müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə “İmtahan qərargahı” yaradılıb. İmtahanların gedişində qərargaha heç bir mənfi halla bağlı müraciət daxil olmayıb.
2016/2017-ci tədris ilinin payız semestrində universitet üzrə bakalavriat səviyyəsində əyani şöbədə 9 min 63 tələbə təhsilə cəlb edilib. Onlardan 8 min 879-u imtahanlarda iştirak edib, 6 min 709 tələbə müvəffəq qiymət alıb. Bakalavriat səviyyəsində qiyabi şöbədə 680 tələbə təhsilə cəlb olunub. Onlardan 601-i imtahanlarda iştirak edib. Qiyabi şöbədə təhsil alan tələbələrdən 462-si imtahanda müvəffəq qiymət alıb. Magistratura səviyyəsində əyani şöbədə 807 tələbə təhsilə cəlb edilib. Onlardan 789-u imtahan verib, 687-si müvəffəq qiymət alıb.
Dissertasiya Şurası sədrinin müavini, professor Əbülfət Pələngov ADPU-nun nəzdində Dissertasiya Şurasının fəaliyyəti haqqında (2014-2016-cı illər), kitabxana-informasiya mərkəzinin direktoru Azər Hüseynov bu qurumun fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Digər çıxış edənlər də müasir dünyada təhsilin mühüm rolundan bəhs edib, bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Sonra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

ADPU-nun Mətbuat Xidməti