Yaponiyanın “Tokyo Boeki” şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar laboratoriyasında olublar.
Laboratoriya əməkdaşları ilə görüşdə aparılan elmi-tədqiqatlar və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini veriblər.
Qeyd edək ki, Nanoaraşdırmalar laboratoriyasının JEOL və “Tokyo Boeki” şirkətlər qrupuna üzv olan Rigaku şirkəti ilə əməkdaşlığı uzun illərdir davam edir. Bu əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin sifarişi ilə 2012-ci ildə maliyyə dəyəri bir milyondan artıq olan elmi-tədqiqat avadanlıqları (SEM, JEOL, JSM-7600F və Rigaku MiniFlex 600) alınıb və quraşdırılıb, eyni zamanda, laboratoriyanın bir neçə əməkdaşı Yaponiyanın Tokio şəhərində adıçəkilən şirkətlər tərəfindən təşkil olunmuş qısamüddətli təcrübə proqramında iştirak edib və sertifikata layiq görülüb.

BDU-nun Mətbuat Xidməti