Maldiv Respublikasının prezidenti azadlıqdan məhrum edilib

Maldiv Respublikasının prezidenti azadlıqdan məhrum edilib O, ötən ilin oktyabrında həbs olunub.

Maldiv Respublikasının sabiq prezidenti Əhməd Adib hazırkı prezidentə qarşı sui-qəsd törətmə ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Tehsil-press.az-ın məlumatına görə, Adibin prezident Abdulla Yaminin katerində törədilən partlayışda əli olduğu sübuta yetirilib.
O, ötən ilin oktyabrında həbs olunub. Bu həftə isə onu həmçinin qanunsuz silah saxladığına görə 10 il müddətinə azadlıqdan məhrum ediblər.

Maldiv Respublikasının prezidenti azadlıqdan məhrum edilib
Abdulla Yamin - Maldiv Respublikasının prezidenti

Abdulla Yaminə sui-qəsd 2015-ci ilin sentyabrında həyata keçirilib. Maldiv Respublikasının başçısı Səudiyyə Ərəbistanından Məkkə ziyarətindən geri döndüyü sürətli katerdə partlayış baş verib. İnsident nəticəsində prezidentin həyat yoldaşı, cangüdəni və köməkçisi yaralanıb.
Yamin 2013-cü ildə Maldiv prezidenti seçilib. O zamandan bəri onun bütün siyasi rəqibləri ölkədən didərgin düşüb və ya həbs edilib.


Tehsil-press.az

Oxşar xəbərlər