Koalisiya qüvvələri yenə Suriyanı bombaladı - Ölən və yaralananlar var

Koalisiya qüvvələri yenə Suriyanı bombaladı - Ölən və yaralananlar var ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri ətrafını bombalayıb. Yerli "SANA" agentliyi dinc sakinlər arasında çox sayda ölən və yaralananların olması barədə xəbər verib.
Məlumata görə, konkret olaraq Deyr-əz-Zordan şərqdə yerləşən Əl-Kişkiyə yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb.
Ölən və yaralananların dəqiq sayı barədə hələ məlumat verilməyib.

Təhsil-press.az

Oxşar xəbərlər