İndoneziya səfiri ADU-da dərs keçib

İndoneziya səfiri ADU-da dərs keçib Sentyabrın 19-da İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı razılaşma əsasında universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 256-cı qrup tələbələrinə İndoneziyanın siyasi sistemi fənnindən dərs keçib.
Təmsil etdiyi ölkənin siyasi tarixi haqqında ətraflı məlumat verən səfir İndoneziya xalqının müstəqillik mübarizəsi, vahid xalq, vahid dil və vahid ərazi ideologiyası uğrunda apardığı mübarizəsindən danışıb. O, həmçinin ölkəsinin dünyada multikultural ölkə kimi tanınmasından bəhs edib.
İndoneziya Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilən dərs interaktiv şəkildə davam edib, səfir tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Auditoriya+ proqramı çərçivəsində səfir cari il ərzində həftədə bir dəfə olmaqla “İndoneziyanın siyasi sistemi”, “İndoneziyada siyasi partiyalar”, “İndoneziyanın konstitusion sisteminin özəllikləri”, “Pancasila fəlsəfəsinin əsasları”, “Pancasila İndoneziya xalqının fəlsəfi ideologiyası” və digər mövzularda tələbələrə mühazirə oxuyacaq.

ADU-nun Mətbuat Xidməti


İndoneziya səfiri ADU-da dərs keçibİndoneziya səfiri ADU-da dərs keçibİndoneziya səfiri ADU-da dərs keçibİndoneziya səfiri ADU-da dərs keçib

Oxşar xəbərlər