Vyanada Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ECCMİD) XXVII konqresi keçirilib. Bu nüfuzlu tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları - dos.Vidadi Nərimanov, prof. Nigar Ağayeva, dos. Həyat Əliyeva və ass. Fidan Bağırova iştirak ediblər. Konqresdə Böyük Britaniya,... ABŞ, Almaniya, Fransa, İtaliya, İspaniya, Avstriya, İsveçrə, Hollandiya, Belçika və s. kimi ölkələr daxil olmaqla dünyanın 126 ölkəsindən 12500-dən çox aparıcı mütəxəssis iştirak edib.
ECCMİD-in konqresində ATU-nin Mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin məsul katibi Vidadi Nərimanov poster məruzəsi ilə çıxış edib. Dosent V.Nərimanovun sözlərinə görə, bu il təşkil olunmuş Beynəlxalq konqres klinik mikrobiologiya və infeksion xəstəliklərin diaqnostikası üzrə ən böyük tədbirlərdən hesab olunur: “Belə böyük konqreslərdə iştirak etmək bizə xarici həmkarlarımızla təcrübə mübadiləsi aparmağa, xarici mütəxəssislərin əldə etdiyi yeniliklər və nailiyyətlərlə tanış olmağa gözəl imkan yaradır. Kafedramızın əməkdaşlarının hər il belə mötəbər konqres və konfranslarda aldıqları yeni məlumatlar ATU-nun Klinik mikrobioloji laboratoriyasında diaqnoctik proseslərdə, ATU- nun Mikrobiologiya və immunologiya kafedrasında tədris prosesində - mühazirə və təcrübi məşğələlərdə tətbiq edilir”.
Qeyd edək ki, konqresə klinik mikrobiologiya və infeksion xəstəliklərin diaqnostikasının bütün sahələrini əhatə edən 200-dən çox elmi sessiya, 27 interaktiv simpozium daxil edilib, 4500 tezis müzakirə edilərək nəşr olunub. Konqesin mövzusu klinik mikrobiologiya və infeksion xəstəliklərin müasir problemlərinə: antibiotiklərə qarşı rezistentlik və problemli antibakterial müalicə, biotəbəqələr ilə əlaqəli infeksiyalar, sepsis, göbələk infeksiyaları (mikozlar), virus hepatitləri, Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), mikrobioloji diaqnostikanın müasir aspektləri (yanaşmaları) və s. həsr edilib.
ATU-nun Mətbuat Xidməti