Bu günlərdə Avstriyanın Grats şəhərində Grats Tibb Universiteti tərəfindən “V Beynəlxalq Tələbə Konqresi” keçirilib. Konqresdə 36 ölkə universitetlərindən 200-ə yaxın tələbə iştirak edərək, elmi işlərini təqdim ediblər. Azərbaycanı bu konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) V kurs tələbəsi Sərxan Həsənli təmsil edib.
S. Həsənlinin sözlərinə görə, təqdim etdiyi elmi iş “II tip şəkərli diabet xəstələrində ultra uzun bazal insulinlərin kliniki tətbiqi pronsipləri” mövzusunda olub: “Elmi işimi professional dizaynla hazırladığıma və xarici dildə yüksək səviyyədə təqdim etdiyimə görə münsiflər heyəti tərəfindən böyük maraqla qarşılandım. Mövzuyla bağlı verilən bütün sualları ətraflı cavablandırdım”.
Qeyd edək ki, Sərxan Həsənli Dağıstanda keçirilən Ümumrusiya Gənc Alimlərinin Bilik Forumunda da iştirak edib. O, forumun “Kliniki təbabət” hissəsinə qatılıb və şəkərli diabetə aid təqdim etdiyi elmi işi birinci yerə layiq görülüb. ATU-nun tələbəsi diplom və sertifikartla təltif edilib.
ATU-nun Mətbuat Xidməti