Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2017-2018-ci tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzulayıb. Rektor bildirib ki, iclasın gündəliyinə Elmi Şuranın 2017-2018-ci tədris ili üçün iş planının təsdiqi, “2016-2017-ci tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında”, “2017-2018-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə qəbulun nəticələri haqqında” və cari məsələlər daxildir.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın 2017-2018-ci tədris ili üçün iş planı barədə məlumat verib. İş planı Elmi Şura tərəfindən təsdiq edilib.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev “2016-2017-ci tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında” məruzə ilə çıxış edib. Dosent S.Əliyev bildirib ki, tədris prosesinin tərkib hissəsi kimi yaz semеstrinin imtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, şəffaf və obyektiv keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılmışdır. İmtahanların aparılması üçün lazımi sənədlər, imtahan vərəqləri tələblərə müvafiq hazırlanmışdır. ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahan sessiyasına hazırlıqla bağlı fakültə dekanlarının, kafedra müdirlərinin və digər aidiyyəti qurumların həyata keçirəcəkləri vəzifələri müəyyən edən 01.05.2017-cı il tarixli 3/74 nömrəli əmr imzalamışdır.
Yaz semestrinin imtahan sessiyasında imtahanların yazılı və VTS-TEST sistemi ilə aparılmasına nəzarəti təmin etmək məqsədilə nəzarətçi müəllimlər və imtahan rəhbərləri təyin olunmuş, eyni zamanda imtahan prosesində mümkün narazılıqların araşdırılması məqsədilə fakültələr üzrə apelyasiya komissiyaları yaradılmışdır.İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi, imtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınması, yol verilən nöqsanların vaxtında aradan qaldırılması, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin çevik araşdırılması və vətəndaşların müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılmışdır. İmtahanqabağı kollokviumlar fənn müəllimləri tərəfindən və kompüter vasitəsilə keçirilmişdir. İmtahanların keçirilmə müddəti tədris planlarına və tədris prosesinin qrafikinə uyğun tərtib edilmiş və təsdiq olunmuş cədvəl üzrə aparılmışdır. Bakalavriat səviyyəsində I tədris ilinin tələbələri üçün yazılı formada, II-IV tədris ilinin tələbələri üçün isə spesifik fənlər istisna olmaqla, imtahanlar kompüter vasitəsilə test üsulu ilə, magistratura səviyyəsində isə imtahanlar yazılı şəkildə aparılmışdır. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə universitet üzrə İmtahan qrupu yaradılmış, bütün imtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsinə nail olunmuşdur.
Yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 109 müraciət daxil olmuşdur. Həmin müraciətlərin təxminən 34%-i imtahan qaydalarının pozulması ilə bağlı olmuşdur. VTS-TEST sistemi ilə bağlı 14 müraciət daxil olmuşdur ki, bu da tələbələrin müxtəlif səbəblər nəticəsində “qara siyahıya” düşməsindən irəli gəlmişdir. Bütövlükdə İmtahan Qərargahına daxil olan müraciətlər çevik araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
İmtahan sessiyası dövründə Apelyasiya Komissiyasına 1241 müraciət daxil olmuşdur. Apelyasiya Komissiyasına edilən müraciətlərin 538-i (təqribən 43%-i) müsbət həll edilmiş, 703 (təxminən 57%) müraciətdə isə tələbələrin qiyməti qüvvədə saxlanılmışdır. Yaz semestrində universitetdə bakalavriat səviyyəsində əyani şöbədə 8981 nəfər tələbə təhsil almışdır. Onlardan 8848 nəfəri imtahanlarda iştirak etmişdir. 7650 nəfər tələbə imtahanları müvəffəqiyyətlə vermişdir. Onlardan 176 nəfəri “əla”, 780 nəfəri “əla”, “çox yaxşı”, “yaxşı”, 6694 nəfəri qarışıq qiymətlər almışdır. 1198 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət almışdır. Yaz semestrinin imtahan sessiyasının yekunlarına görə əyani təhsil forması üzrə müvəffəqiyyət 86%, keyfıyyət 11% olmuşdur. Ötən ilin müvafıq dövründə müəffəqiyyət 86%, keyfıyyət 5% olmuşdur. Bakalavriat səviyyəsində qiyabi təhsil formasında 669 nəfər tələbə təhsil almışdır. İmtahanlarda iştirak edən 639 nəfərdən 560 nəfəri müvəffəq qiymət almışdır. Onlardan 15 nəfəri “əla”, 31 nəfər “əla”, “çox yaxşı” və “yaxşı” qiymətlərlə imtahan vermişdir. Qarışıq qiymətlər alanlar 514 nəfər olmuşdur. 79 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət almışdır. Qiyabi təhsil forması üzrə müvəffəqiyyət 88%, keyfıyyət 7% olmuşdur. Keçən ilin müvafıq dövründə isə müvəffəqiyyət 86 %, keyfıyyət isə 0% olmuşdur. Magistratura səviyyəsində əyani şöbə üzrə imtahan sessiyasının nəticələrinə görə müvəffəqiyyət 91%, keyfiyyət isə 45% təşkil etmişdir. Magistratura təhsil səviyyəsinin qiyabi şöbəsi üzrə imtahan sessiysının nəticələrinə görə müvəffəqiyyət 100%, keyfiyyət isə 0% olmuşdur.
Eyni zamanda Buraxılış Yekun Dövlət Attestasiyasının keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmışdır. Buraxılış Yekun Dövlət Attestasiya Komissiyalarının tərkibi haqqında 08.06.2017-ci il tarixli 3/93 nömrəli əmr imzalanmışdır. Dövlət imtahanları ilə bağlı suallar və testlər də təlimata müvafiq hazırlanmış, struktur bölmələrə və tələbələrə vaxtında çatdırılmışdır. Bakalavriat səviyyəsində Buraxılış Yekun Dövlət Attestasiyasına 2042 (əyani təhsil forması üzrə 1814 nəfər, qiyabi təhsil forması üzrə 228 nəfər) nəfər buraxılmışdır. 58 nəfər
“əla”, 1662 nəfər qarışıq, 94 nəfər “qeyri-kafi” qiymət almışdır. Müvəffəqiyyət 95% olmuşdur. Qiyabi təhsil forması üzrə dövlət imtahanı verən 228 nəfər tələbədən 3 nəfər “əla”, 211 nəfər “kafi” qiymət almış, 14 nəfər “qeyri-kafi” qiymət almışdır. Universitetdə buraxılış qruplarında müvəffəqiyyət 94% olmuşdur. Ötən tədris ilində universiteti magistratura səviyyəsində əyani təhsil forması üzrə 303 nəfər bitirmişdir. Onlardan 182 nəfər “əla” (60%), 103 nəfər “yaxşı” (34%) qiymət almışdır. 45 nəfər fərqlənmə diplomu ilə bitirmişdir. Qiyabi təhsil forması üzrə 12 nəfər magistr dissertasiyası müdafiə etmişdir. Onlardan 5 nəfər “əla” (42%), 5 nəfər “yaxşı” (42%) qiymət almışdır. Universitetdə yay məktəbi də mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilib, imtahanlar şəffaf və obyektiv keçirilib. ADPU həm də yeni tədris ilinə hazırdır.
Elmi Şura dosent Sənan Əliyevin hesabatını qəbul edib.
Rektor Cəfər Cəfərov “2017-2018-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə qəbulun nəticələri haqqında” məlumat verib. Qeyd edib ki, universitetdə cari tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili edilməsi və sənəd qəbulunun müvafiq qaydada həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb. İşçi qrupuna ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanılıb işlənilməsi tapşırılıb. İşçi qrup ADPU-ya qəbul olunmuş tələbələrin qanun çərçivəsində qeydiyyata alınmalarını və sənədləşmənin düzgün aparılmasını təşkil edib. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılıb. Qeydiyyat rahat və çevik təşkil edilib. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilib. Eyni zamanda ADPU-nun Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında tələbələrin qeydiyyatının aparılması üçün İşçi qrupları yaradılıb və filiallarda qeydiyyatın lazımi səviyyədə aparılması təmin edilib.
2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. ADPU-ya 2118 nəfər qəbul olunub. Onlardan 2064 nəfər qeydiyyatdan keçib. Dövlət sifarişi ilə ADPU-ya bakalavriat səviyyəsində 1039 nəfər, ödənişli əsaslarla isə 1025 nəfər qəbul olunub. ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olmuşdur. Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. 2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların
50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.
Yeni tədris ilində ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 195 nəfər, Quba Filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb. 2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 386 nəfər qəbul olunub. Magistraturaya dövlət sifarişi əsasında 159 nəfər, ödənişli əsaslarla isə 227 nəfər qəbul olunub. Magistraturaya qəbul 92%-dən yuxarı olub. Bütün bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində əvvəlki tədris illəri ilə müqayisədə uğurlu göstəricilərdir.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov cari məsələlərin müzakirəsi zamanı Cənubi Koreyanın Seul şəhərinə xidməti ezamiyyəti haqqında, universitetdə 12-14 sentyabrda keçiriləcək “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransına hazırlığın vəziyyəti haqqında, professor-müəllim heyəti üçün “Universitet sistemində interaktiv təhsil” layihəsi çərçivəsində 29 sentyabr-3 oktyabrda Quba şəhərində keçiriləcək təlimə hazırlığın vəziyyəti barədə məlumat verib.
Sonda rektor Cəfər Cəfərov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi