Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Elmi Şuranın iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə 2014-cü ildə təsdiq edilmiş tədris planlarına uyğun pedaqoji təcrübənin təşkili, ADPU-nun Quba Filialının fəaliyyəti haqqında, Riyaziyyat və informatika fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir. Iclasın əvvəlində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanova səmərəli elmi-pedaqoji fəaliyyəti və anadan olmasının 60 illiyi ilə əlaqədar ATİAHİ-nin Fəxri Fərmanını təqdim edib, həyatda və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Professor Asəf Zamanov göstərilən qayğı və diqqətə görə ATİAHİ-nin rəhbərliyinə təşəkkür edib.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev “2014-cü ildə təsdiq edilmiş tədris planlarına uyğun pedaqoji təcrübənin təşkili haqqında” çıxış edib. Dosent Sənan Əliyev bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə” yə əsasən pedaqoji təcrübəyə bir tələbə üçün ümumilikdə 56 saat vaxt ayrılır. Təhsil müəssisəsi üzrə pedaqogika üzrə rəhbərə 4 saat, psixologiya üzrə rəhbərə 2 saat, ixtisas metodistinə 31 saat ayrılır. Təcrübə keçirilən ümumi təhsil məktəbi üzrə məktəbin direktoruna və ya tədris işləri üzrə direktor müavininə 2 saat, fənn müəlliminə 16 saat, sinif rəhbərinə isə 1 saat ayrılır. Qeyd edib ki, 2014-cü ildə təsdiq edilmiş təhsil proqramlarına əsasən pedaqoji təcrübənin müddəti 14 həftə müəyyən edilib və əyani təhsil forması üzrə IV tədris ilinin yaz semestri ərzində keçirilməsi nəzərdə tutulub. Qiyabi təhsil forması üzrə pedaqoji təcrübənin müddəti 10 həftə müddətinə və X semestrdə nəzərdə tutulub. 14 həftəlik təcrübə müddətinin 10 həftəsi məktəb üçün, 4 həftəsi isə çöl təcrübəsi üçün nəzərdə tutulub. Bu zaman məktəbdə metodistə 25 saat, fənn müəlliminə 13 saat ayrılması nəzərdə tutulur. Qalan 8 saat çöl təcrübəsində iqtisadi coğrafiya və fiziki coğrafiya üzrə müəllimlər üçün nəzərdə tutulur. Qiyabi təhsil formasında isə 10 həftəlik təcrübənin 8 həftəsi məktəbə, 2 həftəsi isə çöl təcrübəsinə ayrılır. Bu zaman məktəbdə metodist üçün16 saat, fənn müəllimi üçün 6 saat nəzərdə tutulur. Qalan 6 saat çöl təcrübəsində iqtisadi coğrafiya və fiziki coğrafiya üzrə müəllimlər üçün nəzərdə tutulur. Hər bir tələbənin qiyməti pedaqoji təcrübə müddətində görülmüş işlərin və müvafiq sənədlərin lazımi səviyyədə yerinə yetirilməsi əsasında verilir. Pedaqoji təcrübə 100 ballıq sistemlə qiymətləndirilir. Tələbənin hər iki müəssisədə təcrübə keçməsi zəruridir. Belə ki, iki müəssisədən birində təcrübədə iştirak etməyən tələbə pedaqoji təcrübəni keçməmiş hesab olunur. Müxtəlif ixtisaslar üzrə tələbələrin pedaqoji təcrübələrinin qiymətləndirilmə meyarları uyğun kafedralar tərəfindən müəyyənləşdirilir. Əgər tələbənin pedaqoji təcrübə ilə yanaşı, digər təcrübə keçməsi nəzərdə tutulursa, onun hər iki təcrübənin keçməsi zəruridir. İki təcrübədən birində iştirak etməyən tələbənin pedaqoji təcrübədə fəaliyyəti qiymətləndirilmir. Kafedraların qərarları fakültə Elmi Şurası tərəfindən təsdiq edilir və tələbələrə, həmçinin təcrübəyə rəhbərlik edən müəllimlərə təcrübədən öncə çatdırılır.
Elmi Şura dosent Sənan Əliyevin hesabatını qəbul edib.
“ADPU-nun Quba Filialının fəaliyyəti haqqında” filialın direktoru, professor Əli Allahverdiyev çıxış edib. Professor Ə. Allahverdiyev bildirib ki, ADPU-nun Quba Filialı bölgənin mədəni inkişafında böyük rol oynayan ali təhsil müəssisəsidir. Filial 26 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən çox kadr hazırlamış, qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Tədris auditoriyalarında dərslər müasir təhsilin tələblərinə uyğun şəkildə qurulur. Hazırda filialda 6 ixtisas üzrə 775 nəfər tələbə təhsil alır. Onlardan 4 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb. Son 3 ildə filialın ixtisaslarına müsabiqə xeyli yüksəlib, keçid ballarında dinamik artım var. Filialda professor-müəllim heyətinin tərkibində 46 nəfər çalışır ki, onlardan 3 nəfəri elmlər doktoru, o cümlədən 2 nəfəri professor, 15 nəfəri fəlsəfə doktoru, o cümlədən 5 nəfəri dosent, 14 nəfəri baş müəllim, 4 nəfəri magistr, 10 nəfəri doktorant və dissertantdır. Professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə cəlb edilməsi sahəsində uğurlu nəticələr əldə edilib. 2016-cı ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 1 dərslik, 1 proqram , 13 elmi və elmi-metodiki məqalə, 7 konfrans tezisi hazırlanaraq nəşr etdirilib. Professor-müəllim heyəti, əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə fəal iştirak edirlər. Filialda ali təhsilin bakalavriat səviyyəsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması sahəsində də səmərəli işlər aparılıb. Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı fəaliyyət göstərir. Tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr, yarışlar keçirilir, müxtəlif kurslar təşkil olunur. Filialın tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi inkişaf edirlər.
Elmi Şura professor Ə.Allahverdiyevin hesabatını qəbul edib.
“Riyaziyyat və informatika fakültəsinin fəaliyyəti haqqında” fakültənin dekanı, dosent Maqsud Nəcəfov çıxış edib. Qeyd edib ki, fakültədə 4 kafedra: Riyazi analiz, Cəbr və həndəsə, Riyaziyyat və onun tədrisi metodikası, Hesablama riyaziyyatı və informatika kafedraları fəaliyyət göstərir. Fakültədə 9 professor, 32 dosent, 22 baş müəllim, 14 müəllim çalışır. Fakültədə fəaliyyət göstərən elmi-metodiki seminarda yalnız fakültənin deyil, respublikanın digər ali məktəblərinin əməkdaşları da öz elmi araşdırmalarının nəticələri barədə məlumatlar verirlər. Fakültədə əsasən funksiyalar nəzəriyyəsi, funksional analiz, diferensial və inteqral tənliklər nəzəriyyəsi, diferensial və inteqral tənliklərin ədədi həlləri, riyaziyyatın tədrisi metodikası, cəbr və həndəsənin bəzi aktual məsələləri ilə bağlı elmi araşdırmalar aparılır. Fakültədə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Ali təhsilin bakalavriat səviyyəsində 3 ixtisas, magistratura səviyyəsində isə 2 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bakalavriat səviyyəsində 1355 nəfər tələbə təhsil alır. Onlardan 1267 nəfər əyani şöbədə, 88 nəfər qiyabi şöbədə təhsil alır. Magistratura səviyyəsində 100 nəfər təhsil alır. Bakalavriat səviyyəsində “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat-informatika müəllimliyi”, “İnformatika müəllimliyi” ixtisasları üzrə, Magistratura səviyyəsində isə “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisasları üzrə mütəxəssis hazırlanır. Fakültədə və kafedralarda ayda bir dəfə elmi-innovativ seminarlar keçirilir. Hər il ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq TEC-in konfransları keçirilir. Fakültədə “Ustad dərsləri”, “Açıq qapı günləri” layihələri çərçivəsində müxtəlif tədbirlər, həmçinin “Hesablama riyaziyyatı və informatika kafedrasının tarixi haqqında” kitabın təqdimatı keçirilib. Tələbələr pedaqoji təcrübələrini Bakı şəhərinin müasir tələblərə cavab verən, yüksək kadr potensialı ilə seçilən qabaqcıl orta ümumtəhsil məktəblərində keçirlər. Tələbələrimiz IV İslam Həmrəyliyi Oyunlarında könüllü olaraq iştirak ediblər. Fakültədə Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.
Elmi Şura dosent Maqsud Nəcəfovun hesabatını qəbul edib.
Rektor Cəfər Cəfərov ADPU-nun üzv olduğu Avropa Müəllim Hazırlığı Şəbəkəsinin (ETEN) xətti ilə İsveçdə iştirak etdiyi beynəlxalq tədbir barədə, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov isə Ufa şəhərində Rusiya və Azərbaycan ali təhsil müəssisələri Assosiasiyasının II Forumunda iştirak etməsi, həmçinin Başqırdıstan Dövlət Pedaqoji Universiteti ilə ADPU arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dair müqavilə imzalanması barədə Elmi Şura üzvlərini məlumatlandırıblar. İclasda fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsinin keçirilməsi üçün yaradılan komissiyanın tərkibi də təsdiq edilib.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov cari məsələr barədə məlumat verib. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov iclasa yekun vuraraq səslənən fikirlərin, qəbul edilən qərarların, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi