Azərbaycan musiqisi Niderlandda tanıdılır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Təhsil-press.az-a verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib.
Cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqisini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərlərini böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi T.Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.
“Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti Hollandiyada Azərbaycanı, onun tarixini, mədəniyyətini, musiqisini gənc nəslə tanıtmaq məqsədilə belə layihələri davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda Azərbaycan musiqisinin digər görkəmli nümayəndələrinin əsərlərini ölkənin musiqi təhsili verən məktəblərinə, həmçinin kitabxanalarına təqdim etməyi planlaşdırır.
10 ildir fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti bu müddət ərzində Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri olan Niderlandda tanıdılması istiqamətində müxtəlif tədbir və konsertlər təşkil edib, uğurlu layihələrə imza atıb.
Təhsil-press.az