ADU-da Konfutsi İnstitutları günü qeyd olunub

ADU-da Konfutsi İnstitutları günü qeyd olunub Sentyabrın 28-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları günü, eləcə də qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin ad gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov təhsil sahəsində məhsuldar Azərbaycan-Çin əməkdaşlığı barədə danışaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb. R.Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, “Bir kəmər-bir yol” Çin təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.
Konfutsi İnstitutunun əməkdaşları qonaqları Çin dilinin yayılması, Çin Dövlət Dəftərxanasının Çin dili və mədəniyyətinin məşhurlaşması üzrə fəaliyyəti, Konfutsi İnstitutunun təsis olunması üzrə ADU-nun rəsmi tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil sahəsindəki əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış ediblər.
Tədbir çərçivəsində “Payızın ortası” ənənəvi Çin bayramına həsr olunmuş bayram mərasimi də keçirilib. ADU-nun Konfutsi İnstitutunun müəllimləri “Payızın ortası” bayramının tarixindən söz açıb, bununla bağlı əfsanələr, eləcə də qədim Çin şairlərinin bayram rəmzlərindən biri olan Aya həsr etdikləri şeirləri söyləyiblər. Bayramda Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətinə həsr olunmuş Çin dilində kitabların, tədris ədəbiyyatı və materiallarının sərgisi keçirilib.
ADU-nun Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, Çin kağız kəsimi və incəsənəti, Çin şahmatı, düyün vurulması sənəti sahələrində ustad dərsləri keçiriblər. ADU-nun tələbələrinin ifasında Çin mahnıları, həmçinin Çin dilində “Sarı gəlin” Azərbaycan xalq mahnısı səsləndirilib.
Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib. Qonaqlara ənənəvi bayram yeməyi – evdə firavanlıq və xoşbəxtlik rəmzi sayılan Ay şirniyyatı təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunubADU-da Konfutsi İnstitutları günü qeyd olunub

Oxşar xəbərlər