BDU-nun Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərovanın Azərbaycandakı rus şivələrinin dil portreti adlı monoqrafiyası Moskvada çap olunub. Monoqrafiyada Azərbaycandakı rus şivələrinin linqvokulturoloji aspektdə aparılan tədqiqatın əsas nəticələri işıqlandırılıb. Kitabda leksik-tematik söz qrupları qeyd olunub, dialektizmlər xarakterizə edilib, şivə lüğətində qədim təbəqələr ortaya çıxarılıb - qədim slavyan, qədim rus və köhnə rus formalar, alınma sözlər təsnif edilmiş və onların adaptasiya dərəcəsi göstərilib.
İlk dəfə olaraq rus xalq ritual təqviminin xüsusiyyətləri əks olunub, ömrü ayinlərinə (toy, anadan olma və dəfn mərasimləri) aid leksika araşdırılıb, şivə daşıyıcılarının dünya mifoloji və frazeoloji mənzərəsi tədqiq edilib. Əsərdə 6000-dən çox dil vahidi təhlil olunub.
Monoqrafiya dialektologlar, rus dili tarixinin və linqvokulturologiya mütəxəssisləri üçün nəzərdə tutulub. Bu monoqrafiyadan Filologiya istiqaməti və ixtisasları üzrə ali təhsil müəssisələrinin tədris prosesində istifadə edilə bilər.

BDU-nun Mətbuat və informasiya şöbəsi