Multikulturalizm qədim zamanlardan xalqımızın həyat tərzi olub

Multikulturalizm qədim zamanlardan xalqımızın həyat tərzi olub Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları və hüquq fakültəsinin tələbələrinin iştirakı ilə “Multikulturalizm azərbaycançılığın tərkib hissəsi kimi” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova seminarın əhəmiyyətindən, ölkəmizin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də dünyaya örnək olmasından söz açıb.
Seminarda kafedranın dosenti Zöhrə Nəbiyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, minlərlə şifahi və yazılı ədəbiyyat nümunələrimiz bir daha sübut edir ki, multikulturalizm qədim zamanlardan xalqımızın bir növ həyat tərzi olub. Sovet dönəmində bu, bir qədər sistemsiz mahiyyət daşısa da, məhz ulu öndər Heydər Əliyev çoxmədəniyyətlilik ənənəsini davam və inkişaf etdirərək onu ən yüksək mərhələyə qaldırıb.
Sonra tələbələrin “Heydər Əliyev Fondunun Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı möhtəşəm layihələri”, “Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi”, “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və cəmiyyətin həyat tərzidir”, “Multikulturalizmin modeli haqqında”, “Qərb və Şərq multikulturalizminin fərqli və oxşar cəhətləri, “Azərbaycan multikultural dövlət kimi” mövzularında məruzələri dinlənilib.

BDU-nun Mətbuat Xidməti


Multikulturalizm qədim zamanlardan xalqımızın həyat tərzi olubMultikulturalizm qədim zamanlardan xalqımızın həyat tərzi olubMultikulturalizm qədim zamanlardan xalqımızın həyat tərzi olub

Oxşar xəbərlər