Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.
Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb. Sərəncamda qeyd olunur ki, beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək, Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Tehsil-press.az