Biologiya fakültəsində elmi seminar keçirilib

Biologiya fakültəsində elmi seminar keçirilib Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Fotosintezin fotosistem II-nin iki redoks fəal tirozinlərinin tədqiqi (Studies of two redox active tyrosines in Photosystem II of Photosynthesis)” mövzusunda elmi seminar keçirilib. Bakı Dövlət Universitetinin və İsveçin Upsala Universiteti Anqstrem laboratoriyasının doktorantı Nigar Əhmədova çıxış edərək tədqiqatının əsas məqsədi olan iki redoks aktiv tirozinin Fotosistem II-də spektral metodlarla mexaniki tədqiqi haqqında məlumat verib. Eyni zamanda, fotosistem II-nin unikal zülal kompleksi olub, suyun oksigen, elektron və protonlara qədər oksidləşdirici katalizini həyata keçirməsi, təbii fenomen olan fotosintezin imitasiyası oxşar və effektiv süni sistemlərin yaradılmasında yardımçı rol oynaması haqqında danışıb. Məruzəçi gələcəkdə süni sistemlərin yüksək enerji dəyəri olan hidrogenin, metanın və s. sintezində istifadə olunması ehtimalını xüsusı qeyd edib və bildiriv ki, bütün bunlar nəticə etibarılə ətraf mühitdə karbon qazının miqdarının azalmasına gətirib çıxaracaq.
Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, fakültənin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrin bilik və bacarıqlarının artırılması, onların müxtəlif tədqiqat qruplarına cəlb olunması istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirilir.

Mətbuat və informasiya şöbəsi


Biologiya fakültəsində elmi seminar keçirilib

Biologiya fakültəsində elmi seminar keçirilib

Biologiya fakültəsində elmi seminar keçirilib

Oxşar xəbərlər