Türkiyə niyə Belarus ola bilmədi? - Azərbaycan cavab gözləyir

Türkiyə niyə Belarus ola bilmədi? - Azərbaycan cavab gözləyir Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul olunan qətnaməyə Türkiyə deputatlarının da lehinə səs verməsi iki gündür mətbuatın gündəmindədir.
Tehsil-press.az-n əldə etdiyi məlumata görə türk deputatlarının bu addımı təkcə media səviyyəsində deyil dövlət strukturlarında da ciddi narazılıqla qarşılanıb. Hələlik bunun haqda Türkiyə tərəfinə rəsmi heç bir etiraz bildirilməsə də, son hadisə bu vaxta qədər mövcud olan və münasibətləri qorumaq naminə üstünə çox gedilməyən digər məsələləri də gündəmə gətirib. Bu məsələlər haqda yazının sonunda məlumat verəcəyik.
Əslində, Azərbaycan tərəfinin səbri oktyabrın 11-nə kimi dözürdü. Amma həmin gün AŞPA-da Azərbaycandakı durumla bağlı aparılan müzakirələrdə Türkiyənin bir sıra deputatları əks cəbhədə yer aldı. Türkiyə parlamentində CHP-ni təmsil edən Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Stefan Şennax və Sezar Florin Predanın hazırladığı “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamə ilə razı olduqlarını sənədin qəbul olunmasının lehinə səs verməklə nümayiş etdirdilər. Türk deputatların bu hərəkəti Azərbaycanda səbrin tükənməsi üçün son damla rolunu oynadı. Onların Azərbaycana qarşı qərəzli münasibəti, eyni zamanda erməni lobbisinin və anti-türk, anti-islam dairələrlə birgə addım atmasına bu günə qədər heç bir izahat verilməyib. Nə hakim partiya olan AKP tərəfindən, nə də CHP... Azərbaycana isə izahı olmayan bu addımla bağlı ən azı bir izahat lazımdır...
Və bu son hərəkət Azərbaycan tərəfini bir sıra müqayisələr aparmağa, yaxın tarixi vərəqləməyə məcbur edir. Biz də onları yada salaq.

Tehsil-press.az


Oxşar xəbərlər