Nazir bölgələrə mətbuat xidməti təyin etdi

Nazir bölgələrə mətbuat xidməti təyin etdi Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.
Bu barədə Tehsil-press.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkənin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib.
Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər “polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.
Polis leytenantları Eşqin Qasımov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhər, rayonları daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər