ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb İyulun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb.
Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetdə polşaşünaslıq ixtisasının olduğunu və inkişaf etdiyini vurğulayıb. K.Abdulla səfiri universitetdə “Səfir saatı” klubu çərçivəsində tələbələrə mühazirə oxumağa dəvət edib: “Çox istərdim ki, sizin kimi mütəxəssislə təkcə polşaşünaslar deyil, digər ixtisaslar üzrə təhsil alan tələbələr də ünsiyyətdə olsun”. Rektor Polşa universitetlərinin birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması təşəbbüsü ilə çıxış edib: “Biz müəllimlərimizi ora göndərəcək və Azərbaycan mədəniyyətini təbliğ edəcəyik”.
K.Abdulla ADU-da müxtəlif ölkələri təmsil edən mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. “Bura məhz o multikulturalizm platsdarmıdır ki, burada genişlənmək üçün müxtəlif imkanlar var. İstərdik ki, Polşa ilə də münasibətlər dərinləşsin və möhkəmlənsin”-deyə rektor vurğulayıb. Rektor əlavə edib ki, ADU-nun multikulturalizm platforması kimi imkanlarından polşalı qonaqlar da yararlana bilər: “Bu platformanı özünüzünkü hesab edə bilərsiniz”. K.Abdulla Azərbaycan multikulturalizmi ilə bağlı kitabın polyak dilinə tərcümə olunacağını deyib.
Öz növbəsində səfir M.Tsalka səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycan-Polşa münasibətlərindən danışaraq ADU ilə əməkdaşlıqda xüsusi ilə maraqlı olduqlarını bildirib. Səfir hal-hazırda polşalı müəllimin Azərbaycana gəlib ADU-da dərs keçməsi ilə bağlı məsələnin müzakirə olunduğunu vurğulayıb. O, Polşada Azərbaycan dili və mədəniyyətinin təbliği ilə bağlı mərkəz açılması barədə danışaraq şərqşünaslıq istiqamətinə malik bir ali təhsil müəssisəsinə bu barədə məktub göndərəcəyini qeyd edib. O, bildirib ki, bu məsələnin müzakirəsi üçün həmin universitetin rəhbərini də Azərbaycana dəvət edəcək.
Görüşdə digər məsələlər haqqında da müzakirələr aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Oxşar xəbərlər