Azərbaycan milli geyimlərinin kataloqu hazırlanıb

Azərbaycan milli geyimlərinin kataloqu hazırlanıb “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin kataloqu çap olunub.
Bu barədə Təhsil-press.az-a AMEA Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.
Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə bu gün “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib.
Sərgidə təqdim olunan milli geyimlər sərginin kataloqunda əks olunub. Nəfis tərtibatlı, rəngli, 15 səhifəlik kataloqda müxtəlif geyim növləri, aksessuarları təqdim edilir.
Oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəst və pulsuzdur.

Təhsil-press.az

Oxşar xəbərlər