Azərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisində

Azərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisində Noyabrın 4-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisində” mövzusunda elmi seminar keçirilib.
Ictimai birliyin sədri, professor Naida Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib.
Bildirilib ki, seminarın mövzusu Azərbaycan və İsveçrə arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunub. Tədbirdə Azərbaycan alimləri İsveçrə haqqında elmi tədqiqatları ilə çıxış edəcəklər. Xəzər dənizi sahilində yerləşən Azərbaycan əsrlərboyu Qərblə Şərqin əlaqələrində mühüm rol oynayıb. Hələ eramızdan əvvəl ikinci əsrdə buradan Böyük İpək Yolu keçib. Azərbaycanın qapıları həmişə digər sivilizasiyaların üzünə açıq olub, dövlətimiz bütün ölkələrlə, o cümlədən İsveçrə ilə əməkdaşlıq edib. Ölkəmizdə İsveçrənin məşhur alimləri, yazıçıları tanınır, onların bir sıra əsərləri Azərbaycanda məşhurdur.
N.Məmmədxanova diqqətə çatdırıb ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr, o cümlədən diplomatik münasibətlər bu gün də uğurla davam etdirilir. Hazırda Azərbaycanda İsveçrənin səfirliyi, İsveçrədə isə Azərbaycanın səfirliyi fəaliyyət göstərir.
BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə akademiyada müxtəlif ölkələrin, xalqların mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Prorektor bu cür tədbirlərin müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlıq baxımından əhəmiyyətini qeyd edib.
Sonra İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştalder “İsveçrə və onun mədəni müxtəlifliyi” mövzusunda çıxış edib, ölkəsinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı, elm və təhsili barədə ətraflı məlumat verib.
Bildirilib ki, İsveçrə Orta Avropada Alp dağlarında və dənizə çıxışı olmayan bir ölkədir. Tarixən konfederasiya olan ölkə 1848-ci ildən federasiyadır. Bu ölkədə dörd dil – alman, fransız, italyan və roman dilləri işlənir. İsveçrə müxtəlif sahələr üzrə innovativ layihələrdə aparıcı rol oynayır. Burada aparılan elmi-tədqiqat işləri elmin bütün sahələrinə nüfuz edir. Ölkədə elmin inkişaf etməsini Nobel mükafatçılarının sayından bilmək olar. İsveçrə nüfuzlu ali təhsil müəssisələri ilə də məşhurdur. Bankçılıq və maliyyə sektorlarında çox güclü iqtisadiyyata sahib olan İsveçrədə bir çox beynəlxalq təşkilatların tədbirləri kecirilir.
İsveçrənin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan səfir qarşılıqlı maraq və hörmətə əsaslanan bu münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirib.
Sonra “Müasir dilçiliyə İsveçrə alimlərinin töhfəsi”, “Karl Yunq və biz”, “Azərbaycan və İsveçrə musiqisi: paralellər və qarşılıqlı əlaqə” mövzularında məruzələr dinlənilib.
Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın tələbələri maraqlı konsert proqramı təqdim ediblər.

BMA-nın Mətbuat xidməti


Azərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisindəAzərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisindəAzərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisindəAzərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisindəAzərbaycan və İsveçrə elm, mədəniyyət müstəvisində

Oxşar xəbərlər