Almaniyalı professor Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təlim keçib

Almaniyalı professor Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təlim keçib Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin dəstəyi ilə “Motivasiya: şəxsi maraqların və prioritetlərin müəyyən olunması” mövzusunda ilk təlim təşkil olunub.
Təlim almaniyalı professor Mattias Şmidt tərəfindən aparılıb.
Mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri və təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.

ADNSU-nun Mətbuat xidməti



Oxşar xəbərlər