Şahin Seyidzadə: “SABAH” qrupları üçün yeni layihələr nəzərdə tutulur

Şahin Seyidzadə: “SABAH” qrupları üçün yeni layihələr nəzərdə tutulur Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin bu ali məktəbin tələbələri ilə görüşü olub.
Görüşdə ADNSU-nun “SABAH” qruplarının uğurlarından danışılıb. ADNSU-nun “SABAH” qruplarından məzun olan gənclərin 55 faizinin magistraturaya qəbul edildiyini deyən Ş.Seyidzadə bildirib ki, həmin gənclərdən 16 faizi yerli, 39 faizi isə xarici universitetlərdə təhsil alır.
“SABAH” qruplarında təhsilin inkişafı istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını vurğulayan “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri, eyni zamanda, tələbələrin ölkəmizdə və xaricdə magistraturaya qəbulu, elmi-tədqiqat işlərinin aparılması və startap layihələrinə cəlb olunmaları üçün yeni layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Huseyin Şerifov


Şahin Seyidzadə: “SABAH” qrupları üçün yeni layihələr nəzərdə tutulurŞahin Seyidzadə: “SABAH” qrupları üçün yeni layihələr nəzərdə tutulurŞahin Seyidzadə: “SABAH” qrupları üçün yeni layihələr nəzərdə tutulur


Oxşar xəbərlər