Gənclər narkotiklərə yox deyib həyatı seçirlər

Gənclər narkotiklərə yox deyib həyatı seçirlər Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatlığı ilə “Biz narkotiklərə yox deyib həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri səfərbər etmək məqsədi daşıyıb.
Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, proqramın icrası məqsədilə müvafiq qurumlarda təşkil olunan maarifləndirmə tədbirləri təqdirəlayiqdir. Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər paketində gələcəyimizin qarantı sayılan gənclərimizin zərərli vərdiş və təsirlərdən uzaqlaşmaları üçün mühüm işlər görülür.
Nərimanov Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə ətrafli məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, maarifləndirici broşürlər paylanılıb.

Kəmalə Rəhimli


Gənclər narkotiklərə yox deyib həyatı seçirlər

Oxşar xəbərlər