DİN Sabirabadda 7 yaşlı uşağın qətli ilə bağlı məlumat yaydı

DİN Sabirabadda 7 yaşlı uşağın qətli ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi Sabirabadda 7 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Təhsil-press.az-a verilən məlumata görə, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaiqşə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb. R.Məmmədov Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulub.

Təhsil-press.az

Oxşar xəbərlər