Dekabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətli bir mövzuya həsr edildiyini qeyd edib və çıxış üçün sözü məruzəçilərə verib.
Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov Dağlıq Qarabağ münaqişəsinin hüquqi-diplomatik aspektləri sahəsində son tədqiqatlar haqqında ətraflı məlumat verib. Dağlıq Qarabağ münaqişəsinin həllinin dövlətimizin qarşısında duran ən vacib məsələlərdən olduğunu bildirən E.Məcidov bu problemin həlli istiqamətində hüquqi-diplomatik addımların əhəmiyyətini xüsusilə vurğulayıb. O, həmçinin, erməni təcavüzü nəticəsində itirilən ərazilər və qaçqın statusu haqqında rəsmi məlumatları, münaqişənin həllini ləngidən ikili standartları iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi də Dağlıq Qarabağ münaqişəsinin problem olaraq qalmasını dövlətimizə qarşı göstərilən təzyiqlərlə əlaqələndirib. O, əlavə edib ki, biz məsələnin maraqlarımıza uygun şəkildə həll edilməsi üçün diplomatik cəhdlərimizi daha da gücləndirməli, problemi qabardaraq beynəlxalq müstəviyə çıxarmalıyıq.
Tədbir müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti