19 dekabr 2017-ci ildə ənənəvi “Açıq mikrofon” günü keçirilib. Son illər Azərbaycan Dövlət Dəniz Akademiyasında aparılan çoxsaylı islahatların, yeniliklərin hər biri tələbəmərkəzli, tələbəyönümlü olmaqla Akademiya gənclərinin hərtərəfli inkişafına yönəlib.
Akademiyada fəaliyyətə başladığı ilk gündən tələbələrin problemləri ilə yaxından maraqlanıb onlara hər cür şərait yaradan, hər bir tələbəyə xüsusi qayğı göstərən rektor Ç.Əliyevin tələbələrlə olan ikinci belə görüşü idi.
Görüşün keçirilməsində məqsəd burda təhsil alan hər bir tələbə-gəncin istər təhsil, istərsə də sosial problemini öyrənmək, onların istək və arzularını, təkliflərini dinləmək idi.
“Açıq mikrofon” görüşündə Akademiyanın tədris və tərbiyə işləri, elmi və beynəlxalq əlaqələr, ümumi işlər üzrə prorektorları, rektorun köməkçisi, dekanlar, İnformasiya-resurs mərkəzinin müdiri və hər qrupdan ən fəal tələbə-gənclər, tələbə təşkilat rəhbərləri və üzvləri iştirak ediblər.
Tələbələr yüksək fəallıq göstərərək akademiya rəhbərinə tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında suallarla müraciət ediblər. Həm yazılı, həm də şifahi formada ünvanlanan çoxsaylı sualları cavablandıran rektor tələbələrə öz məsləhət və tövsiyələrini verərək bir çox problemlərə elə yerindəcə aydınlıq gətirib.
Hər bir sualı böyük səbr və təmkinlə dinləyərək ətraflı cavablandıran akademiya rəhbərinə yaratdığı hər cür şərait və imkanlara görə bütün tələbələr öz minnətdarlıqlarını bildiriblər.
ADDA-nın Mətbuat Xidməti