Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor və müəllimlərin, tələbələrin iştirakı ilə “Açıq mikrofon” təşkil olunub.
Tədbirdə rektor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsində reallaşdırılan islahatlardan danışıb.
Tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran rektor, universitetə kənardan yerli və əcnəbi professorların dəvət olunması üçün müəyyən işlər aparıldığını bildirib, bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Qış imtahan sessiyasına hazırlıq, imtahan qaydaları haqqında məlumat verən professor M.Babanlı, eyni zamanda, elmi işlərdə qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələri, xarici universitetlər ilə mübadilə proqramları, “eazi START” Startap və İnnovasiya Mərkəzinin layihələri, gündəlik təcrübə proqramı, məzun karyera sərgisinə hazırlıq və digər məsələlərdən bəhs edib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Hüseyn Şərifov