ADNSU ilə Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

ADNSU ilə Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gürcüstanın Beynəlxaq Qafqaz Universitetinin rektoru və Universitet Rektorları Beynəlxalq Assosiasiyasının prezidentı Kaxa Şengeliya ilə görüş keçirilib.
Görüşdə tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq, eləcə də yeniliklərin tətbiqi məsələləri müzakirə olunub. Rəhbərlik etdiyi ali məktəbdə həyata keçirilən yeniliklər və tədris prosesi haqqında qonağa məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan ilə Gürcüstan arasında təhsil əlaqələrinin genişləndirilməsinə, Gürcüstanda təhsillə bağlı yenilikləri ölkəmizdə tətbiq edilməsinə və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinin əhəmiyyətini qeyd edib.
M.Babanlı deyib: “Gürcüstanın Beynəlxaq Qafqaz Univesiteti ilə əməkdaşlıq edə biləcəyimiz sahələr çoxdur. Biz bir çox sahələrdə birgə layihələr hazırlaya bilərik. Qafqaz Universitetinin bu sahədə kifayət qədər təcürbəsi var”.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən K.Şengeliya Azərbaycan ilə Gürcüstanın artan əməkdaşlıq istiqamətləri sırasında təhsilin xüsusi yer tutduğunu bildirib. Rektor deyib ki, bu əməkdaşlığı inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əlaqələr qurmaq olduqca böyük əhəmiyyət daşıyır. Gürcüstan ali məktəblərində tətbiq olunan yeniliklərdən söz açan K.Şengeliya öz təcrübələrindən və tədrisdə tətbiq edilən innovativ layihələrdən danışıb.
Tədbirdə universitetlərin tanıdılması istiqamətində layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söz açılıb. Həmçinin dünyanın yüzdən çox universitetinin qoşulduğu Universitet Rektorları Beynəlxalq Assosiasiyasının növbəti iclasının 2018-ci ildə Azərbaycanda keçirilməsi məsələsi müzakirə olunub.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU ilə Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıbADNSU ilə Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Oxşar xəbərlər