Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla bildirib ki, neçə gündür hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur və hamı bir-birini təbrik edir, arzularını çatdırır, xoş sözlər deyir. Bu, Azərbaycanın bugünkü mənzərəsidir. Təxminən 20 il əvvəlki mənzərə isə son dərəcə fərqli idi: “Azərbaycan ulu öndər Heydər Əliyevin prezident kimi Azərbaycan siyasətinə dönüşündən əvvəl parçalanma və vətəndaş müharibəsi ərəfəsində olan bir ölkə idi. Bu gün isə ölkəmiz dəyişir, inkişaf edir və bu inkişaf bütün bölgələrdə də özünü göstərir. Təkcə şəhər, küçə, meydan, parklar deyil, bununla yanaşı, Azərbaycan insanı mənən dəyişir, onun mənəviyyatı, dünyagörüşü dəyişir. Belə bir Azərbaycanı daha yeni qələbələr gözləyir”.
Daha sonra rektor iştirakçılara arzularını ünvanlayıb: “Bu gün Prezident İlham Əliyev dünya səviyyəli siyasətçi kimi ölkəmizi hər yerdə böyük bir əzəmətlə təmsil edir. Arzu edirəm ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu daha da artsın, sözü daha da kəsərli olsun və 2018-ci il ölkəmizə yeni uğurlar gətirsin. Arzu edirəm ki, bizim Qarabağ problemimiz bu il ali baş komandanın cəfakeş zəhməti nəticəsində sülh yolu ilə həll olunsun, qaçqın və məcburi köçkünlərimiz yurdlarına dönsünlər. Sizə və ailələrinizə dünyanın ən gözəl nemətlərini, can sağlığı, işinizdə, təhsilinizdə böyük uğurlar arzulayıram. Arzu edirəm ki, ADU tələbələri və müəllimləri bir ailə kimi mehriban yaşasınlar, gənclərimizi dünyada daha çox tanısınlar. Bu əhval-ruhiyyə bir il ərzində həmişə sizinlə olsun. Dünyanın bütün gözəllikləri nəsibiniz olsun, xalqımız, dövlətimiz, prezidentimiz buna layiqdir”.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin tələbələri tərəfindən Azərbaycan, ingilis, rus, ispan, ibri, fransız, alman, yapon, Koreya, türk dillərində musiqi nömrələri, “Segah”
təsnifi, ADU-nun “Dalğa” rəqs ansamblının ifasında şənlik rəqsi, eyni zamanda İndoneziya, Çin və Hindistan rəqs nümüunələri nümayiş olunub, şeirlər, monoloqlar səsləndirilib.
Tədbirdən sonra universitetin tələbələri və əməkdaşları üçün bayram süfrəsi açılıb və diskoteka təşkil olunub.
ADU-nun Mətbuat Xidməti