Bakı Mühəndislik Universitetin Akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə “Qış nağılı” adlı tədbir keçirilib. Universitetin rektoru, professor Havar Məmmədov müəllim və tələbələrlə foyedə təşkil olunan bayram süfrəsində iştirak edib. Rektor kollektivi salamlayıb və Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, 1991-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunmuş qərarla keçirilən Həmrəylik günü bayramı indi dünyanın 100-ə yaxın ölkəsində yüksək səviyyədə qeyd olunur. Dünyanın bir çox ölkəsində azərbaycanlıların diaspora təşkilatları fəaliyyət göstərir. İndiyədək 4 dəfə xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün Dünya Azərbaycanlılarının Qurultayı keçirilib. Dövlət başçısı İlham Əliyev tərəfindən də xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görülür.
Tədbirin bədii hissəsi universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə incəsənət dərnəklərində fəaliyyət göstərən tələbələrin ifasında rəqslər, səhnəciklər və mahnılarla davam edib.
BMU-nun Mətbuat Xidməti
Tədbirin bədii hissəsi universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə incəsənət dərnəklərində fəaliyyət göstərən tələbələrin ifasında rəqslər, səhnəciklər və mahnılarla davam edib.
BMU-nun Mətbuat Xidməti