Artıq 2016-cı il sona yetir, 2017-ci il öz qədəmlərini qoymaqdadır. Ötən illərin xatirələri, yaddaqalan və əlamətdar günləri isə tarixə qovuşur. Həyatımızın bütün sahələri kimi, elm və təhsil sahəsində də böyük uğur və nailiyyətlər kimi yadda qalacaqdır. Respublikamızın bütün təhsil ocaqları kimi, Azərbaycan Kooperasiya Universitetinin də həyatında müsbət dəyişikliklər olmuşdur. Belə ki, 2016-cı il kollektivimizin yaddaşında istər təhsil və tədrisin yüksəldilməsi , istər maddi-texniki bazanın gücləndirilməsi , istər müasir təlim texnologiyalarının tətbiqi baxımından uğurlu və əlamətdar bir dövr kimi qalacaqdır.
Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün sahələrdə qazanılan uğurlar müəllim və tələbə həyətini sevindirir və bu uğurları rəğbətlə qarşılayırıq. Aparılan məqsədyönlü daxili və xarici siyasət təhsilimizin və elmimizin bu gününə və gələcəyinə böyük nikbinliklə yanaşmağa zəmin yaradır. Prezidentimiz öz çıxışlarında Azərbaycanın seçdiyi yolun düzgün istiqamətini müəyyənləşdirərək deyir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır”.
Ümidvarıq ki, Heydər Əliyev siyasətinin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.
Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları başda olmaqla bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rəhbərlik etdiyim kollektivin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm. Arzu edirəm ki, yeni ildə həm təhsil işçilərinin, bütövlükdə Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən böyük arzuları reallığa çevrilsin.

Eldar Quliyev – Azərbaycan
Kooperasiya Universitetinin rektoru,
millət vəkili
Kooperasiya Universitetinin rektoru,
millət vəkili