Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Universitetin rektoru İlham Mədətov dünya azərbaycanlılarının həmrəyliyinin dövlət səviyyəsində bayram edilməsinin ümummilli lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Ulu Öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Davamlı yüksəliş yolunun bir millət olaraq həmvətənlərimizin monolit birliyindən keçdiyini vurğulayan rektor deyib: “Avropada, Asiyada, Amerikada və dünyanın digər guşələrində yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm quruculuq işləri və qazanılan nailiyyətlərlə fəxr edirlər”.
İ.Mədətov Azərbaycanın bütün dünyada barış və sülh ölkəsi kimi tanındığını, müxtəlif illərdə tarixləşən mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Hər bir ölkənin strateji məqsədləri sırasında ixtisaslı kadr hazırlığı prosesini olduqca məsuliyyətli və şərəfli vəzifə olduğunu qeyd edən rektor ATMU-da bu ənənənin hər zaman qorunub saxlanacağına əminliyini bildirib.
Tədbir universitet tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.
Hikmət Əliyev