AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb Parisdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə, dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb.
Sazişləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn imzalayıblar.
Sazişlərə əsasən azərbaycanlı gənclər AMEA ilə yanaşı, biomedisina və energetika sahələrində doktorantura səviyyəsində Montpellier Universitetində də təhsil alacaqlar. Sonda gənc alimlər hər iki təhsil ocağının diplomuna yiyələnəcəklər.
Qeyd edək ki, bu, iki ölkə arasında doktorantura səviyyəsində ilk əməkdaşlıq sazişidir.

Təhsil-press.az

Oxşar xəbərlər