Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirində 5-ci qələbəsini qazandı

Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirində 5-ci qələbəsini qazandı Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb.
Təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb.
Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirin lideri Aniş Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb. Hər üç qrossmeysterin hesabında 7 xal var.
Azərbaycan təmsilçisi yanvarın 26-da 11-ci turda Karlsen Maqnusla görüşəcək.

Təhsil-press.az

Oxşar xəbərlər