Koreyanın Chonbuk Universitetinin 11 tələbəsi və 1 müəllimi Azərbaycan Dillər Universitetində (ADU) olub. Universitetlərarası əməkdaşlıq çərçivəsində baş tutan səfərin əsas məqsədi Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq, eyni zamanda ölkəmizin gəzməli-görməli və tarixi yerlərinə baş çəkməkdir.
Səfər çərçivəsində ADU-nun Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova əcnəbi tələbələrə Azərbaycan tarixi və mədəniyyəti haqqında ingilis dilində mühazirə oxuyub. Mühazirədə Azərbaycanda ilk insan məskənləri, dövlətlər, Dağlıq Qarabağ problemi, Azərbaycanın qanlı yaddaşı olan 20 Yanvar və Xocalı faciələri, müasir tariximiz haqqında geniş məlumat verilib.
Qeyd edək ki, koreyalı tələbələr yanvarın 26-da Koreya Mədəniyyət Mərkəzinin müdiri Bahar Əliyeva və H.Abbasovanın müşayiəti ilə Qobustan Milli Tarixi-Bədii Qoruğunu, eləcə də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət ediblər.

ADU-nun Mətbuat Xidməti
/size]