Misirin Azərbaycandakı səfirliyinin nümayəndəsi Azərbaycan Universitetində olub

Misirin Azərbaycandakı səfirliyinin nümayəndəsi Azərbaycan Universitetində olub Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb.
Görüşdə Azərbaycan Universiteti ilə mərkəz, eləcə də Misir universitetləri arasında mümkün əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.
Rektor Səadət Əliyeva qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi çoxşaxəli beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə əhəmiyyət verir və daim diqqət mərkəzində saxlayır. Tələbələri üçün xarici tərəfdaş universitetlərdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradan Azərbaycan Universiteti ikili diplom proqramlarının həyata keçirilməsini strateji hədəf kimi müəyyənləşdirib.
Mərkəzin müdiri Əhməd Sami Elaydi iki ölkə arasında dost münasibətlərin inkişafından və ikitərəfli təhsil əlaqələrin inkişafına töhfə verməkdən böyük məmnunluq duyacaqlarını bildirib.
Görüşdə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov da iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Misirin Azərbaycandakı səfirliyinin nümayəndəsi Azərbaycan Universitetində olubMisirin Azərbaycandakı səfirliyinin nümayəndəsi Azərbaycan Universitetində olub

Oxşar xəbərlər